Tatlıtuğun başı DƏRDDƏ: Vəkilindən İLK AÇIQLAMA

Tatlıtuğun başı DƏRDDƏ: Vəkilindən İLK AÇIQLAMA

Hazırda oxunan: Tatlıtuğun başı DƏRDDƏ: Vəkilindən İLK AÇIQLAMA
636524
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun İstanbulun Göktürk rayonundakı evində bədbəxt hadisə baş verib.

Bizim.Media xəbər verir ki, Türkmənistan vətəndaşı Bahadur Yangibayev təmizlik işləri zamanı damdan yıxılaraq ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib və reanimasiyadadır.

Hadisə avqustun 31-də baş verib. Evdə təmir işləri başa çatdıqdan sonra Yangibayev təmizlik üçün çağırılıb. İş zamanı damın üzərinə çıxan kişi müvazinətini itirərək yıxılıb.

Hadisə ilə bağlı təmir şirkətinin sahibi A.A. saxlanılıb, lakin prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılıb. O, Yangibayevin şirkətin əməkdaşı olmadığını bildirib.
 

Şirkət sahibinin vəkili daha sonra Kıvanç Tatlıtuğun və onun vəkilinin hərəkətlərinin araşdırılması üçün prokurorluğa və İstanbul Vəkillər Kollegiyasına müraciət edib. Aktyora hadisə ilə bağlı rəsmi ittiham irəli sürülməyib.


Kıvanç Tatlıtuğun vəkili isə iddiaları rədd edərək aktyor barəsində cinayət araşdırması aparılmadığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO