Bakıda güclü küləklə bağlı qabaqlayıcı tədbirlər görülür – FOTO

Bakıda güclü küləklə bağlı qabaqlayıcı tədbirlər görülür – FOTO

Hazırda oxunan: Bakıda güclü küləklə bağlı qabaqlayıcı tədbirlər görülür – FOTO

636522

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində yaşıllıqlara mövsümi qulluq və qabaqlayıcı təhlükəsizlik tədbirləri çərçivəsində müvafiq işlərin həyata keçirilir.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Bizim.Media-ya verilən xəbərə görə, Birliyin əməkdaşları tərəfindən şəhərin müxtəlif ərazilərində monitoringlər həyata keçirilir və qurumuş, zədələnmiş, eləcə də gözlənilən güclü küləkli hava şəraitində aşma və ya budaqlarının qırılması nəticəsində insanlar, nəqliyyat vasitələri və digər obyektlər üçün potensial təhlükə yarada bilən ağaclar mütəxəssislər tərəfindən müəyyən edilir.

Aidiyyatı dövlət qurumunun müvafiq rəyi əsasında təhlükə yaradan qurumuş ağacların götürülməsi, həmçinin ağacların qurumuş, zədələnmiş və təhlükə yarada biləcək budaqlarının budanması həyata keçirilir.

Tədbirlərin əsas məqsədi güclü külək zamanı yarana biləcək mümkün fəsadların qarşısının alınması, vətəndaşların və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda şəhərin yaşıllıq fondunun sağlam və dayanıqlı vəziyyətdə saxlanılmasıdır.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO