Suriyada benzinin qiyməti artdı, etirazlar başladı - Video

Suriyada benzinin qiyməti artdı, etirazlar başladı - Video

Hazırda oxunan: Suriyada benzinin qiyməti artdı, etirazlar başladı - Video
636495
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Suriyada yanacaq qiymətlərinin kəskin artması kütləvi etirazlara səbəb olub.

Bizim.Media SANA agentliyinə istinadən xəbər verir ki, aksiyalar daha çox Rəqqə, Hələb və İdlib şəhərlərində qeydə alınıb.

Bildirilir ki, axşam saatlarında nümayişçilər Suriyanın əsas magistral yolu olan M5 yolunu bağlayıb və təkərlər yandırmağa başlayıblar.

Bu magistral yol əhalinin sıx yaşadığı Hələb və Hama şəhərlərini birləşdirir. 
 

Qeyd edək ki, sentyabrın 13-də Suriyada yanacaq qiymətləri 40% artıb. Belə ki, Aİ-95 benzinin qiyməti 152 Suriya lirəsindən (təxminən 2,11 AZN) 195 lirəyə (təxminən 2,70 AZN), dizel yanacağının qiyməti isə 125 lirədən (təxminən 1,73 AZN) 175 lirəyə (təxminən 1,99 AZN) qalxıb.


Suriyanın Energetika Nazirliyi qiymət artımının dünya bazarlarındakı vəziyyət və idxal payının yüksək olması ilə əlaqələndirib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO