Xilasedicilərimiz zəlzələnin ilk günündən qardaş harayındadır -xa0FOTOLAR

Xilasedicilərimiz zəlzələnin ilk günündən qardaş harayındadır -xa0FOTOLAR

Hazırda oxunan: Xilasedicilərimiz zəlzələnin ilk günündən qardaş harayındadır -xa0FOTOLAR

604523
Türkiyədə zəlzələ baş verən kimi, Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə qardaş ölkəyə yola düşən Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupları hələ də ərazidə axtarış işlərini davam etdirir. Hazırda FHN xilasediciləri Kahramanmaraşda və Hatayda axtarış işləri aparırlar. 
 
Moderator.az-ın əməkdaşı Kahramanmaraşdakı xilasedicilərimizlə telefonla danışıb, onların vəziyyətini öyrənib. 
 
Xilasedicilərimiz bildiriblər ki, yorulmadan, var gücləri ilə axtarış işlərini davam etdirirlər. Qeyd ediblər ki, onların öz işlərini əzmlə davam etdirmələrində FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı Alayının Komandiri Polkovnik Leytenant Məmməd Xəlilinin böyük rolu var: 
 
“İdeal rəhbərdir – işçilərini gözəl tanıyır, bilir ki, filankəsə nə lazımdır. O psixoloqdur, düzgün hədəf qoyur və hədəfinədə nail olur. Buna Türkiyədə Van Vilayətində baş vermiş zəlzələdə, Türkiyədə-Muğlada baş vermiş meşə yanğınlarında, Türkiyədə - Kahramanmaraşda baş verən zəlzələdə bir daha şahid olduq. Alay komandiri kimi bütün baş vermiş hadisələrdə günlərlə yuxusuz qalaraq şəxsi heyyətinin yanında olub. Hər səhər işə başlamazdan öncə isə “Vicdanla işləyənin gözü kölgəli olmaz. İşlərinizdə Vicdanlı olun ki, gözünüz kölgəli olmasın” – deyərək bizi ruhlandırır”. 
 
Qeyd edək ki, Türkiyədə zəlzələ baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin 760 nəfər xilasedicisi cəlb edilib.  
 
 
 
10325381032540
 
Zəhra Şabili
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO