ABŞ Ukraynada müharibənin başa çatdırılması ilə bağlı razılaşmanın əsas hissəsini artıq hazırlayıb. Lakin əsas maneə Kiyevin Moskvanın ərazi tələbləri ilə razılaşmaq istəməməsidir. ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner bunu Kiyevdə keçirilən YES forumunda bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” yazıb.
Kuşner qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya tərəfinin əldə etmək istədiyi ərazilərin sərhədlərini artıq müəyyənləşdirib.
“Əgər Ukrayna bu xəttə geri çəkilmək istəsəydi, razılaşmanın qalan hissəsi artıq hazır olardı. Lakin Ukrayna hazırda bunu etmək istəmir”, – ABŞ liderinin xüsusi nümayəndəsi vurğulayıb.
Kuşnerin sözlərinə görə, vasitəçilərin əsas vəzifəsi münaqişəni dondurmağa imkan verəcək həll yolu tapmaqdır. Onun fikrincə, ərazi məsələsi cəbhədəki vəziyyət nəzərə alınmaqla həll edilməlidir.
Xüsusi nümayəndə bildirib ki, həm Kiyev, həm də Moskva müharibənin başa çatmasında maraqlıdır. Hazırda əsas məsələ prosesin bütün iştirakçılarını qane edəcək “düzgün formulu” tapmaqdır.
Kuşner həmçinin bildirib ki, ABŞ tərəfi döyüşlərin dayandırılması üçün lazımi şəraitin yaradılması istiqamətində çalışır.
Bizim.Media


































































































