Almaniyalı milyarder ölkəsini Kiyevə yardımı dayandırmağa çağırdı

Almaniyalı milyarder ölkəsini Kiyevə yardımı dayandırmağa çağırdı

Hazırda oxunan: Almaniyalı milyarder ölkəsini Kiyevə yardımı dayandırmağa çağırdı

636337

Almaniyalı milyarder Teo Müller Almaniyanı Ukraynaya dəstəyi dayandırmağa çağırıb.

Bizim.Media xəbər verir ki, biznesmen bu barədə Bild nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinin Almaniyaya aidiyyəti yoxdur. Müller həmçinin Rusiyanın bütün dünyanı məhv etməyə qadir olan nüvə arsenalına malik olduğunu xatırladıb.

Jurnalistin Qərbin dəstəyi olmadan Ukraynanın təslim olacağı barədə qeydinə cavab olaraq milyarder bildirib ki, Almaniya üçün ilk növbədə öz vətəndaşlarının maraqları prioritet olmalıdır.

“Biz kənarda qalmalıyıq”, – Müller vurğulayıb.

O, həmçinin Almaniyanın borclarla yüklənmiş dövlət büdcəsini nəzərə alaraq, Berlinin digər ölkələrə inkişaf məqsədilə göstərdiyi yardımı da tamamilə dayandırmasına çağırıb.

Teo Müllerin 86 yaşı var. O, uzun müddətdir İsveçrədə, Sürix gölünün sahilindəki villasında yaşayır. İş adamı Almaniyada Müllermilch brendi ilə tanınan Unternehmensgruppe Theo Müller süd məhsulları konserninə rəhbərlik edir.

Forbes jurnalının məlumatına görə, Müller 2026-cı ildə dünyanın ən varlı milyarderləri reytinqində 313-cü yerdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO