"Rusiya Ukrayna ordusunun cəbhənin bu xəttində təchizatı həyata keçirilən Kupyansk-Liman yolunu bağlamağa və ya məhv etməyə cəhd edir..."
"Putin yenidən Rusiya SQ-nin imkanlarını həddən artıq yüksək qiymətləndirir..."
"Rusiya ordusunun Donetsk vilayətini tam zəbt etmək üçün döyüş gücü kifayət deyil..."
Rusiya Luqansk və Donetsk vilayətlərində geniş cəbhə boyu hücuma hazırlaşır.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutu (ISW) analitikləri yeni hesabatında yazıb. Onlar Ukrayna müdafiə xəttinə yaxınlaşan hücumun əlamətlərinə diqqət çəkib.
Müəlliflər rusiyalı hərbçilərin tez-tez yerüstü lokal hücumlarını və cəbhə xəttində, xüsusilə Kremennaya və Baxmut rayonlarında yaşayış məntəqələrinin atəşə tutulmasını qeyd edib.
Ekspertlər həmçinin Ukrayna Baş Qərargahının məlumatlarına istinadən yazıb ki, Rusiya Ukrayna ordusunun cəbhənin bu xəttində təchizatı həyata keçirilən Kupyansk-Liman yolunu bağlamağa və ya məhv etməhə cəhd edir.
Bundan başqa, işğal edilən Luqansk vilayətində mobil internetin bloklanması, hər şeydən göründüyü kimi, Rusiya ordusunun hücuma hazırlaşması ilə bağlıdır. Beləliklə, Rusiya bu rayonda yeni bölmələrinin yerləşdirilməsini gizlətməyə cəhd edir.
Yaxın zamanlarda miqyaslı hücuma bel bağlayaraq Putin, ehtimal ki, yenidən Rusiya Silahlı Qüvvələrinin imkanlarını həddən artıq qiyməyləndirib, analitiklər hesab edir. Onların Rusiya ordusunun sonadək işğal edilməyən Donetsk vilayətinin ərazisini zəbt etmək üçün kifayət edəcək dərəcədə döyüş gücünün artırmasının heç bir sübutları yoxdur
Bu, ona gətirib çıxara bilər ki, Rusiyanın hücumu apreldə yaz yağışları mövsümü zamanı, yəni operativ əhəmiyyətli effektə nail olanadək pik nöqtəyə çata bilər. Bu cəhdin iflası Ukrayna Silahlı Qüvvələri üçün əlverişli şərait yarada bilər və onlar 2023-cü il yazın sonunda və ya yayında Qərbin tank tədarükünün başa çatmasından sonra əkshücuma keçə bilər.
Rusiya prezidenti Vladimir Putinin bütöv Donbasın "azad edilməsi" üçün növbəti müddət müəyyən etməsi barədə Ukraynada yanvarın ortalarından deyilir. Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi mətbuat xidmətinin nümayəndəsi Andrey Yusovun sözlərinə görə, Rusiya liderini Rusiya ordusunun cəbhədəki gerçək vəziyyəti maraqlandırmır.




























































































