
- A-
- A
- A+
Region
11:14 / 24.07.2026
Rusiyadan Ermənistana daha bir QADAĞA - İyulun 27-dən...
Hazırda oxunan: Rusiyadan Ermənistana daha bir QADAĞA - İyulun 27-dən...
627201
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Rosselxoznadzor" (Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) bir sıra müəssisələrdə aparılan yoxlamalardan sonra Ermənistandan süd məhsullarının idxalına qadağa qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.
Məlumata görə, iyulun 14-dən 21-dək keçirilən yoxlamalar zamanı Rusiyaya göndərilən məhsulların istehsalında xəstə heyvanlardan alınan südün istifadə edildiyi aşkar olunub.
Qurum bildirib ki, Rusiya 27 iyuldan etibarən Ermənistandan süd məhsullarının idxalına məhdudiyyət tətbiq edəcək.
Qeyd edək ki, "Rosselxoznadzor" daha əvvəl Ermənistandan balıq idxalına məhdudiyyətlər tətbiq etmişdi.
Melisa, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































