Kirayə xətti ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Kirayə xətti ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Hazırda oxunan: Kirayə xətti ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

627223

2020-2026-cı illər üzrə bağlanmış kirayə müqavilələrinin sayı 9546 olub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov iqtisadi mövzularda yazan jurnalistlər üçün fondun fəaliyyət istiqamətləri üzrə tətbiq edilən mexanizmlərə dair təlimdə deyib.

O bildirib ki, 12 kirayəçi tərəfindən mülkiyyət hüququ təmin olunub:
 

“Müqavilənin müddəti minimum 3 il, maksimum 25 il təşkil edir. Alış qiyməti tam ödənilənə kimi mənzil İKZF-nin mülkiyyətində saxlanılır. Satmaq öhdəliyi ilə kirayə mənzildə kirayəçi sonda mənzilin mülkiyyətçisinə çevrilir. Ödənişlər investisiya xarakteri daşıyır, sığorta hadisəsi baş verdikdə mənzilin bərpası fond tərəfindən təmin edilir. Eyni zamanda, müqaviləyə vaxtından əvvəl xitam verilə bilməz”.


“İndiyədək satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində İKZF tərəfindən vətəndaşlara ümumilikdə 17 ünvanda (Bakı şəhəri 8, Abşeron rayonu 6, Sumqayıt şəhəri 3) mənzillər təqdim edilib”, - dəyə Aslan Zeynalov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO