Argentina millisinə tənqidlərə Prezidentdən REAKSİYA – “Bizi qısqanırlar” – FOTO

Argentina millisinə tənqidlərə Prezidentdən REAKSİYA – “Bizi qısqanırlar” – FOTO

Hazırda oxunan: Argentina millisinə tənqidlərə Prezidentdən REAKSİYA – “Bizi qısqanırlar” – FOTO

627211

Argentina Prezidenti Xavyer Miley (Javier Milei) sosial hesabında Dünya Çempionatı ilə bağlı ölkəsinə ünvanlanan tənqidlərə cavab verib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Miley Argentina milli komandasının 2026-cı il FİFA Dünya Çempionatındakı uğurlarına görə "qısqanıldığını" iddia edib.
 

"Düşmənləriniz var? Bu, nə vaxtsa nəyisə müdafiə etdiyiniz mənasına gəlir. Biz Argentinanı müdafiə edirik və Argentina ilə bağlı məsələ odur ki, biz diqqət çəkirik, gözə çarpırıq, bizi qısqanırlar və demək olar ki, hər şeydə möhtəşəmik. İndi dünya argentinalılarla dolu bir ölkənin nələrə qadir olduğunu görəcək".


Miley paylaşımında süni intellektlə hazırlanmış bir görüntüyə də yer verib.

Şəkildə köynəyini açaraq altında Argentina milli komandasının formasını göstərən prezident "Yaşasın Argentina" mesajını bölüşüb.

Qeyd edək ki, DÇ-2026-nın finalında Argentina yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edən İspaniya tarixində 2-ci dəfə dünya çempionu olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO