Zelenski: “Rusiyanın Kiyevə hücumu nəticəsində 11 nəfər ölüb, onlarla yaralı var” – FOTO

Zelenski: “Rusiyanın Kiyevə hücumu nəticəsində 11 nəfər ölüb, onlarla yaralı var” – FOTO

Hazırda oxunan: Zelenski: “Rusiyanın Kiyevə hücumu nəticəsində 11 nəfər ölüb, onlarla yaralı var” – FOTO

627257

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyev vilayətinə raket hücumundan sonra xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti teleqram hesabında paylaşım edib.

Zelenski bildirib ki, ilkin məlumata əsasən, hücum nəticəsində onlarla insan yaralanıb, altı nəfər həlak olub:

“Hadisənin bütün təfərrüatlarının və zərərçəkənlərin taleyinin dəqiqləşdirilməsi istiqamətində işlər davam edir. Bütün zəruri fövqəladə xidmətlər hadisə yerindədir. Slavyanska idarəolunan aviasiya bombaları ilə endirilən zərbələr nəticəsində isə beş nəfər ölüb, doqquz nəfər yaralanıb. Hücumlar zamanı yaşayış evləri, konsulluq binası və nəqliyyat vasitələri zədələnib”.

Ukrayna Prezidenti bu hücumlara görə Rusiyanın məsuliyyət daşımalı olduğunu vurğulayıb:

“Rusiya artıq çoxdan beynəlxalq normalara və insani dəyərlərə hörmətini itirib. Onların yeganə məqsədi qətlləri davam etdirməkdir”.

O, həmçinin beynəlxalq tərəfdaşları Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə çağırıb:

“İnsanların həyatının qorunması həm də tərəfdaşlarımızın atacağı addımlardan asılıdır. "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket-tutucuların tədarükü hazırda bir nömrəli prioritetdir".
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO