Binədə DƏHŞƏTLİ QƏZA – 22 nəfər xəsarət aldı

Binədə DƏHŞƏTLİ QƏZA – 22 nəfər xəsarət aldı

Hazırda oxunan: Binədə DƏHŞƏTLİ QƏZA – 22 nəfər xəsarət aldı
627199
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində iki avtobus toqquşub.

TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, hadisə nəticəsində 22 nəfər xəsarət alıb.

Məlumatda qeyd olunub ki, 13 nəfər (7 kişi, 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Kliniki Tibbi Mərkəzə təxliyə olunan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
 

Vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.


Sabunçu Tibb Mərkəzində yaralılara başın, bədənin, ətrafların travmaları və sınıqları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən 1972-ci il təvəllüdlü qadının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Digər 12 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən hər biri ambulator müalicə üçün evə buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO