İlham Əliyev "Kraudfandinq haqqında" qanunu TƏSDİQLƏDİ

İlham Əliyev "Kraudfandinq haqqında" qanunu TƏSDİQLƏDİ

Hazırda oxunan: İlham Əliyev "Kraudfandinq haqqında" qanunu TƏSDİQLƏDİ

627234

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Kraudfandinq haqqında" qanunu təsdiqləyib.

Bizim.Media xəbər verir ki, yeni qanun səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir.

Qanunun məqsədi iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara onların biznes aktivliyinin artırılması məqsədilə informasiya ehtiyatlarından və sistemlərindən, habelə kapital bazarının imkanlarından istifadə etməklə operativ və davamlı alternativ maliyyələşmə kanallarına əlverişli çıxış imkanlarının yaradılması və maliyyələşmədə iştirak edən investorların hüquqlarının müdafiəsini təmin etməkdir.
 

Kraudfandinq fəaliyyəti bu qanunla yanaşı, ölkə Konstitusiyası, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Mülki Məcəllə, bu Qanun, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunlar, digər normativ hüquqi aktlar, habelə Azərbaycan Mərkəzi Bankının bunlara uyğun olaraq qəbul etdiyi normativ xarakterli aktları ilə tənzimlənir.


Qanun dövlətin investisiya siyasətini həyata keçirmək məqsədilə dövlət tərəfindən yaradılmış hüquqi şəxslər və onların təsis etdiyi qurumlara şamil olunmur.

Ələt azad iqtisadi zonasında kraudfandinqlə bağlı münasibətlər "Ələt Azad iqtisadi zonası haqqında" qanunun tələblərinə uyğun olaraq tənzimlənir.

Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO