"Çəhrayı Pantera"nın fon musiqisinin ifaçısı vəfat etdi – FOTO

"Çəhrayı Pantera"nın fon musiqisinin ifaçısı vəfat etdi – FOTO

Hazırda oxunan: "Çəhrayı Pantera"nın fon musiqisinin ifaçısı vəfat etdi – FOTO
627241
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ən məşhur cizgi filmlərindən biri olan "Çəhrayı Pantera"nın (The Pink Panther) fon musiqisindəki saksafon ifası ilə tanınan amerikalı caz musiqiçisi Plas Conson 94 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, məşhur saksafonçu ABŞ-ın Los-Anceles şəhərində dünyasını dəyişib.

Ailəsi və yaxın dostları tərəfindən təsdiqlənən onun ölüm xəbəri musiqi dünyasında kədərlə qarşılanıb.

Qeyd edək ki, Plas Conson karyerası boyunca bir çox uğurlu əsərlər yazsa da, daha çox 1963-cü ildə bəstəkar Henri Mancini ilə birlikdə yazdığı "Çəhrayı Pantera" cizgi filminin fon mahnısındakı ifası ilə tanınır. Consonun tenor saksafonda ifası musiqinin qlobal populyarlığında mühüm rol oynayıb.
 

Sözügedən film musiqisi kino və musiqi tarixində klassik hala gəlib və Amerika Film İnstitutunun "Bütün Zamanların Ən Böyük Film Musiqiləri" siyahısında 20-ci yerdə qərarlaşıb.


Karyerası boyunca Conson, həmçinin studiya musiqiçisi kimi də çalışıb, Frank Sinatra, Nat King Cole, BB King və Marvin Gaye kimi bir çox dünyaca məşhur adlarla eyni layihələrdə yer alıb. O, caz musiqisinin aparıcı nümayəndələrindən biri olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO