Çaydandakı ərpi uzun müddət ovmadan və aqressiv kimyəvi vasitələrdən istifadə etmədən təmizləmək mümkündür.
Bizim.Media xəbər verir ki, “Deccoria” nəşri çaydanı təmizləmək üçün sınaqdan keçirilmiş bir neçə ev üsulunu təqdim edib.
Ərp suda həll olmuş duzlar, əsasən kalsium və maqnezium karbonatları səbəbindən yaranır. Kran suyunun sərtliyi nə qədər yüksəkdirsə, çaydanın dibində və divarlarında ağ təbəqə bir o qədər tez əmələ gəlir.
Bu çöküntü yalnız qabın görünüşünü korlamır, həm də istilikötürməni zəiflətdiyi üçün suyun qızdırılması zamanı daha çox enerji sərfiyyatına səbəb olur və çayla qəhvənin dadına təsir göstərə bilər.
Ərpi təmizləmək üçün evdə asanlıqla tapılan bir neçə vasitədən istifadə etmək olar.
Alma qabıqları
İki almanın qabığı 1 litr suya əlavə edilir, qaynadılır və 10 dəqiqə saxlanılır. Daha sonra su dəyişdirilir, qabıqlar çaydanda qalır və proses yenidən təkrarlanır.
Sirkə
Yarım stəkan sirkə 500 ml su ilə qarışdırılaraq çaydana tökülür, qaynadılır və təxminən bir saat saxlanılır.
Limon turşusu
Çaydan yarısınadək su ilə doldurulur, üzərinə bir xörək qaşığı limon turşusu əlavə edilir, qaynadılır və 30 dəqiqə gözlənilir.
Cola
Qazı əvvəlcədən çıxarılmış iki stəkan “Cola” çaydana tökülür, qaynadılır və 30 dəqiqə saxlanılır.
Düyü
Üç xörək qaşığı quru düyünün üzərinə onu tam örtəcək qədər soyuq su əlavə edilir. Çaydanın qapağı bağlanır və bir neçə dəqiqə güclü şəkildə çalxalanır. Düyü dənələri çətin çatılan yerlərdəki ərpi mexaniki şəkildə təmizləyə bilər.
Turşu suyu
Turşuya qoyulmuş xiyar və ya kələmin suyu ilə çaydan yarıyadək doldurulur, qaynadılır və ən azı 30 dəqiqə saxlanılır.
İstənilən üsuldan sonra çaydanın yaxşıca yuyulması tövsiyə olunur. Qoxu və ya dad qalarsa, içərisində bir-iki dəfə təmiz su qaynatmaq məsləhətdir.(demokrat.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:42 / 24.07.2026
Təkcə sirkə deyil: Çaydandakı ərpi təmizləməyin altı ev üsulu
Hazırda oxunan: Təkcə sirkə deyil: Çaydandakı ərpi təmizləməyin altı ev üsulu
Hazırda oxunan: Təkcə sirkə deyil: Çaydandakı ərpi təmizləməyin altı ev üsulu
627228
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































