
- A-
- A
- A+
Ekskluziv
14:02 / 27.01.2023
3 dəq oxunma
“Şou biznesin yarandığı gündür...” - Məşhurlar Aygün Kazımovanı bu cür öydü - FOTOLAR
Hazırda oxunan: “Şou biznesin yarandığı gündür...” - Məşhurlar Aygün Kazımovanı bu cür öydü - FOTOLAR
590420
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Dünən ölkənin əsas müğənnisi, xalq artisti Aygün Kazımova sənət yoldaşlarını və yaxınlarını başına yığaraq, özünə dəbdəbəli ad günü keçirib. Moderator.az əməkdaşı xəbər verir ki, sənətkar gecədə iki libas dəyişib. Doğum günü çox fərqli təşkil olunub. Dəbdəbəli gecəyə qatılan hər bir müğənnini ölkənin tanınmış teleaparıcıları təqdim edib.

Moderator.az-a özəl açıqlama verən məşhurlar pop divanı o ki, var tərifləyiblər.
Tanınmış müğənni Xatun Əliyeva:
“Aygün xanıma ürək sözlərim çoxdur. Mən onu illərlə sevmişəm və bu sevginin qarşılığını da aldım. Onun insanlığı və sənəti qarşısında həm acizəm, həm də duaçı. Belə düşünürəm ki, 26 yanvar şou-biznesin yaranması günü olmalıdır. Çünki səhnədə trend olan ən gözəl geyimləri, imicləri, saç düzümlərini biz Aygün Kazımovada görmüşük. O həm də bir növ şou-biznesi səliqəyə salıb. Biz də ondan bəhrələnmişik. Onu qorumalıyıq, üstündə əsməliyik, ona heç bir neqativ ötürməməliyik, yaşasın, yaşatsın”.
Aktyor İlkin Həsəni:
“Aygün Kazımova sənət üçün çox şeylər etdi, göstərdi, indi hal-hazırda onun davamçılarını görürük. Onu təbrik edirəm, səhnəmizdən heç vaxt əskik olmasın. Yaxşı ki, o səhnəmizdə var”.
Müğənni Səidə Sultan:
“Aygün Kazımova sevdiyim, seçdiyim sənətçidir. Yaxşı ki, var, həmişə sənətdə olsun. Özü də son günlər elə gözəl mahnılar təqdim edir ki. Çox sevinirəm! Aygün xanım kimi müğənnilər çox olmalıdır ki, bərbad mahnı və müğənnilərin sayı azalsın”.
Müğənni Nadir Qafarzadə:
“Allah Aygün dünyasını bizdən almasın. O dünyada yaşamaq çox gözəldir. O dünyada yaşamaq insanı daha da gözəl yaşamağa məcbur edir, sövq edir. Aygünü təbrik edirəm, 27 yaşı mübarək olsun (gülür). Biz eyni yaşdayıq, bir neçə gündən sonra mənim ad günümdür. Mən özümə nə arzulayıramsa, onun 5 qatını ona arzulayıram. Onun haqqıdır. Onun ad günü ölkəmizdə bayramdır. Aygün bayramıdır. Bayramımız mübarək”.
Əməkdar artist Manana Caparidze:
“Aygün Kazımova mənim ən gözəl və sadiq dostumdur. Anam bildi ki, Aygünün ad gününə gedəcəyəm, dedi ki, onu mənim yerimə öpərsən, qucaqlayarsan. Mən də Aygünə İlqarə ilə gözəl illər arzulayıram” deyə Manana deyib.
Aparıcı Hacı Nuran:
“Aygünə nə arzulaya bilərəm? Maşallah, bu günə qədər bütün zirvələri fəth edib. Uğurları bol olsun, xoşbəxt olsun. Bir neçə gündən sonra mənim də ad günümdür. Mən dolça bürcündən olanları tanıyıram. Sevilirlər, sevirlər, insanlara xoş günlər bəxş edirlər. O mənim 25 illik dostumdur, bu 25 ildə bir dəfə də onun sakit dayandığını görməmişəm”.
Gecədən özəl fotoları təqdim edirik:







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
































































































