Oteldə nömrələrin qiyməti bir gecəyə 15 mindən 285 min dollar arasında dəyişir və...

Oteldə nömrələrin qiyməti bir gecəyə 15 mindən 285 min dollar arasında dəyişir və...

Hazırda oxunan: Oteldə nömrələrin qiyməti bir gecəyə 15 mindən 285 min dollar arasında dəyişir və...

588921
Beyons Dubayda bir saatlıq konsertə görə 35 milyon dollar qazanıb...
 
"Açılş mərasiminə biletlər sosial şəbəkələrdə 150 min avroya satılıb..."
 
"Beyons ailəsi ilə sahəsi min km, bir neçə yataq otağı, şəxsi kinoteatrı və hovuzu olan, qiyməti bir gecə üçün 142 min dollar təşkil edən lüks nömrədə qalıb..."
 
"Ulduz müğənni səhnədə alov, su və effektli uçuşlarla əsl şou göstərib..."
 
Amerikalı müğənni Beyonc Dubayda dəbdəbəli "Atlantic The Royal" otelinin açılışında möhtəşəm şou göstərib.
 
41 yaşlı ifaçı bir saatlıq çıxışına görə 35 milyon dollar qonorar əldə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə" Daily Mail" nəşri yazıb.
 
"Atlantic The Royal" otelinin açılışı özəl tədbir formatında keçib, buraya yalnız dəvətlə düşmək mümkün olub (məlumat verilir ki, biletlər sosial şəbəkələrdə 150 min avroya satılıb).
 
Bu, təəccüblü deyil, çünki yeni otel dünyada ən dəbdəbəli ada iddialıdır. 
 
Oteldə nömrələrin qiyməti 15 mindən 285 min dollar arasında dəyişir. Qonaqlara qızıl suyuna çəkilmiş diş flrçası, daraq, üzqırxan ləvazimatları təqdim edilir, delfinlərlə meditasiya imkanı yaradılır.
 
"Biz otelimizi "bir faizlik yer", yəni ən zəngin və yüksək vəzifə sahiblərinin eksklüziv lokasiyası adlandırırıq", - otelin idarə heyətinin rəhbəri Timoti Kelli deyib.
 
Buna bariz nümunə kimi açılış mərasiminin əsas ulduzunun Beyons olmasıdır, bu, son beş ildə onun Dubayda ilk çıxışı olub.
 
Məlumata görə, müğənni ailəsi ilə sahəsi min kv metrdən çox, bir neçə yataq otağı, şəxsi kinoteatrı və hövuzu olan, qiyməti bir gecə üçün 142  min dollar təşkil edən lüks nömrədə qalıb.
 
Konsert zamanı Beyons səhnə kümbəzinin altında  alov, su və effektli uçuşlarla əsl şou göstərib.
 
Otel administrasiyasının çəkiliş aparmağa qadağa qoymasına rəğmən, sosial şəbəkələrdə müğənninin çıxışından fraqmentlər paylaşılıb.
 
Şahidlərin sözlərinə görə, bir saatlıq çıxışı ərzində ulduz müğənni 3 geyimdə-Livan dizayneri Nikolas Jebrandan korsetli qırmızı komninezon, "Atelier Zuhra" ərəb brendindən lələkləri olan sarı paltar və Ukrayna modelyeri İvan Frolovdan  çəhrayı mini-paltarda olub.
 
Tədbirin qonaqları bir çox məşhurlar olub, onların arasında avstraliyalı aktrisa Rebl Uilson, amerikalı model Kendal Cenner, həmçinin israilli super model Bar Rafaeli diqqət çəkib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO