Səhiyyə naziri ÜST-ün rəsmisi ilə görüşdü

Səhiyyə naziri ÜST-ün rəsmisi ilə görüşdü

Hazırda oxunan: Səhiyyə naziri ÜST-ün rəsmisi ilə görüşdü
71503
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hans Henri Kluge səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bu abrədə Bizim.Media-ya Səhiyyə Nazirliyindən məlumat verilib. 

Səhiyyə naziri Teymur Musayev Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. 

Onun sözlərinə görə, Azərbaycan nüfuzlu səhiyyə təşkilatı ilə 1992-ci ildən sıx əməkdaşlıq edir və bu əməkdaşlıq hər il yüksələn xətlə inkişaf etməkdədir:

“Ötən 30 il müddətində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib.
Bu əməkdaşlığın başlanğıcında yeni qurulan müstəqil dövlətimizin səhiyyəsi müəyyən çətinliklərlə üzləşib. Ölkə rəhbərliyinin səhiyyə sektoruna xüsusi qayğısı və uzaqgörən siyasəti nəticəsində bu çətinliklər mərhələli şəkildə aradan qaldırılıb. Bu işdə bizə yaxından kömək edən etibarlı tərəfdaşlardan biri də Ümumdünya Səhiyyə Təşkilatı olub”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO