Rəsmi Bakı COP31-lə bağlı Türkiyə və Avstraliyanı təbrik etdi – FOTO

Rəsmi Bakı COP31-lə bağlı Türkiyə və Avstraliyanı təbrik etdi – FOTO

Hazırda oxunan: Rəsmi Bakı COP31-lə bağlı Türkiyə və Avstraliyanı təbrik etdi – FOTO
582101
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi etmək üçün seçilməsi və Avstraliyanı Danışıqların Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
 

"Biz qardaş Türkiyəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi etmək üçün seçilməsi və Avstraliyanı Danışıqların Prezidenti seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirik.


COP29-un Prezidenti olaraq, Azərbaycan bu mühüm missiyanın uğurla həyata keçirilməsini dəstəkləmək üçün heç bir səyini əsirgəməyəcək.

Biz hər iki ölkəyə uğurlar arzu edirik və əminik ki, COP31 iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə mühüm töhfələr verəcək", - paylaşımda qeyd olunub.

Rəsmi Bakı COP31-lə bağlı Türkiyə və Avstraliyanı təbrik etdi – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO