“İqlim böhranı ilə mübarizə aparmaq üçün birgə olmalıyıq" - COP29-un meneceri - FOTO

“İqlim böhranı ilə mübarizə aparmaq üçün birgə olmalıyıq" - COP29-un meneceri - FOTO

Hazırda oxunan: “İqlim böhranı ilə mübarizə aparmaq üçün birgə olmalıyıq" - COP29-un meneceri - FOTO
220794
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının ev sahibliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində müxtəlif ölkələrin pavilyonları nümayiş olunur.

Digər ölkələrin pavilyonu ilə yanaşı Azərbaycan pavilyonu maraqla qarşılanıb.

Azərbaycan pavilyonunda ölkənin musiqisi, mədəniyyəti, iqlimi, insanları haqqında kitablar, video çarxlar, fotolar nümayiş olunur. İştirakçılar Azərbaycan çayına qonaq edilirlər.

Azərbaycan pavilyonu haqqında Bizim.Media-ya açıqlama verən COP29-un dayanıqlı inkişaf üzrə meneceri Fatimə Fətəliyeva pavilyonda əsasən iqlim dəyişmələri üzrə öhdəliklər, ölkənin mədəniyyətini nümayiş olunduğunu bildirib:

"Azərbaycanın ən böyük pavilyonu burada, Mavi Zonada yerləşir. Ümumi ərazisi 450 kvadratmetrdir, iki konfrans otağı var və 80-dən çox tədbir keçirilir. Əsas ideyası iqlim dəyişmələri öhdəlikləri və siyasətini nümayiş etdirməkdir. Pavilyonun əsas hissəsində Azərbaycan mədəniyyəti interaktiv şəkildə nümayiş olunur.

Pavilyon "Həmrəylik məkanı" adlanır. Bu da o deməkdir ki, biz iqlim böhranı ilə mübarizə aparmaq üçün birgə olmalıyıq".

O, qonaqların daha çox Azərbaycanın iqlim dəyişmələri öhdəlikləri və siyasəti ilə bağlı suallar verdiklərini qeyd edib.

“İqlim böhranı ilə mübarizə aparmaq üçün birgə olmalıyıq

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO