COP29-un Yaşıl Zonasında korporativ dayanıqlılıq mövzusunda panel sessiyası KEÇİRİLİB - FOTO

COP29-un Yaşıl Zonasında korporativ dayanıqlılıq mövzusunda panel sessiyası KEÇİRİLİB - FOTO

Hazırda oxunan: COP29-un Yaşıl Zonasında korporativ dayanıqlılıq mövzusunda panel sessiyası KEÇİRİLİB - FOTO
220379
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda keçirilməkdə olan COP29 konfransının ikinci günündə rəsmi danışıqların aparıldığı Mavi Zona ilə yanaşı, COP29 Sədrliyi tərəfindən idarə edilən və geniş ictimaiyyətə xitab edən Yaşıl Zona proqramı üzrə silsilə tədbirlərin keçirilməsi davam edir. 12 noyabr tarixində COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un əsas tərəfdaş bankı Azərbaycan Beynəlxalq Bankının korporativ dayanıqlılıq mövzusunda birgə panel müzakirəsi baş tutub.  

Bizim.Media xəbər verir ki, “Korporativ dayanıqlılıq və iqlim fəaliyyəti” adlı tədbirdə iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması istiqamətində şirkətlərin əhəmiyyətli rolu və onların qlobal xalis sıfır karbon hədəfinə nail olmaqda göstərdikləri səylər ətrafında müzakirələr yer alıb.

Tədbirdə BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə ölkə rəhbəri Samir Məmmədov, ABB-nin idarə heyətinin sədr müavini Taleh Tahirli, “Spiro”nun həmsədri Kauşik Burman, “Qarabağ” FK-nın prezidenti Tahir Gözəl və “Deloitte” şirkətinin “Green Space Tech” təşəbbüsünün Braziliya üzrə aparıcı partnyoru, innovasiya və dayanıqlılıq strategiyası sahəsində aparıcı məsləhətçisi Maria Peres iştirak edib. 
 

Panel sessiyasında səsləndirilən fikir və çıxışlar əsasən özəl sektorların dayanıqlılıq prinsiplərini öz biznes strategiyalarının aparıcı istiqaməti kimi rəhbər tutduqları nəzərə alınaraq, ortaq dayanıqlılıq təcrübələrinin mübadiləsi və birləşdirilməsi, iqlim dəyişmələrinə qarşı mübarizədə gücləndirilməsinə istiqamətlənib. 


Tədbirdə aşağı karbona keçid, dayanıqlı təchizat zəncirləri və “yaşıl” texnologiya innovasiyaları kimi mövzuların müzakirəsi də yer alıb.

Bu tədbir uğurlu strategiya və tərəfdaşlıq məsələlərini işıqlandıraraq, şirkətləri öz biznes fəaliyyətlərində dayanıqlılıq prinsiplərini tətbiq etməyə və dayanıqlı gələcəyə gedən yolda özəl sektorların gücünü nümayiş etdirməyə təşviq edib. 

Qeyd edək ki, konfransın ikinci günündə geniş ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan Yaşıl Zonanın zəngin proqramı gənc qadınların həssas icmalarda iqlim ədalətsizliyi ilə mübarizədə oynadıqları rol, biomüxtəliflik və iqlim fəaliyyətində yerli gənclərin liderliyi, yerli icmaların biomüxtəlifliyin qorunmasındakı rolları, iqlim fəaliyyətində baxış bucaqlarının rəngarəngliyinin əhəmiyyəti, iqlim və təbiət sinerjisinin qurulması kimi mövzularda müxtəlif tərəflərin təşkil etdiyi tədbirlərdə yerli və xarici ekspert qonaqlar iştirak edib.

COP29-un Yaşıl Zonasında korporativ dayanıqlılıq mövzusunda panel sessiyası KEÇİRİLİB - FOTO - foto 1
COP29-un Yaşıl Zonasında korporativ dayanıqlılıq mövzusunda panel sessiyası KEÇİRİLİB - FOTO - foto 2
COP29-un Yaşıl Zonasında korporativ dayanıqlılıq mövzusunda panel sessiyası KEÇİRİLİB - FOTO - foto 3
COP29-un Yaşıl Zonasında korporativ dayanıqlılıq mövzusunda panel sessiyası KEÇİRİLİB - FOTO - foto 4
COP29-un Yaşıl Zonasında korporativ dayanıqlılıq mövzusunda panel sessiyası KEÇİRİLİB - FOTO - foto 5
COP29-un Yaşıl Zonasında korporativ dayanıqlılıq mövzusunda panel sessiyası KEÇİRİLİB - FOTO - foto 6
COP29-un Yaşıl Zonasında korporativ dayanıqlılıq mövzusunda panel sessiyası KEÇİRİLİB - FOTO - foto 7
COP29-un Yaşıl Zonasında korporativ dayanıqlılıq mövzusunda panel sessiyası KEÇİRİLİB - FOTO - foto 8
COP29-un Yaşıl Zonasında korporativ dayanıqlılıq mövzusunda panel sessiyası KEÇİRİLİB - FOTO - foto 9
COP29-un Yaşıl Zonasında korporativ dayanıqlılıq mövzusunda panel sessiyası KEÇİRİLİB - FOTO - foto 10

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO