G20 ölkələri Azərbaycanın COP Sədrliyinə dəstək ifadə edib - FOTO

G20 ölkələri Azərbaycanın COP Sədrliyinə dəstək ifadə edib - FOTO

Hazırda oxunan: G20 ölkələri Azərbaycanın COP Sədrliyinə dəstək ifadə edib - FOTO
214642
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

G20 ölkələri tərəfindən Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP) Sədrliyinə və təşəbbüslərinə dəstək ifadə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.

Nazir bildirib ki, Braziliyada G20 Enerji Keçidi Nazirlər İclasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin iqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması və effektiv karbon bazarları vasitəsilə iqlimlə bağlı fəaliyyətin gücləndirilməsi kimi prioritetlərindən, enerji keçidini sürətləndirən “yaşıl enerji” təşəbbüslərindən danışılıb.

P. Şahbazov Azərbaycanın inklüzivliyə sadiqliyini və COP29-un uğurlu enerji nəticələrini təmin etmək üçün bütün maraqlı tərəflərlə işləməyə hazır olduğunu diqqətə çatdırıb.

G20 ölkələri Azərbaycanın COP Sədrliyinə dəstək ifadə edib - FOTO - foto 1
G20 ölkələri Azərbaycanın COP Sədrliyinə dəstək ifadə edib - FOTO - foto 2
G20 ölkələri Azərbaycanın COP Sədrliyinə dəstək ifadə edib - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO