
- A-
- A
- A+
Respublika Kliniki Uroloji Xəstəxanasında rentgen cihazı niyə işləmir? – RƏSMİ AÇIQLAMA
Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası ilə bağlı redaksiyamıza şikayət daxil olub. Belə ki, xəstəxanadakı rentgenoqrafiya cihazının 2 ilə yaxındır ki, işləmədiyi bildirilir.
Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) sorğu ünvanladıq.
Qurumdan Bizim.Media-ya bildirilib ki, hazırda Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanada mövcud olan rentgen cihazının hərəkət sistemində və kaset qəbuledicisində bərpası mümkün olmayan problem yaranıb:
“Bununla əlaqədar xəstəxanaya yeni rentgen cihazının verilməsi üçün aidiyyəti üzrə müraciət edilib. Yaxın zamanlarda yeni rentgen cihazının alınaraq istifadəyə verilməsi təmin olunacaq”.
Surxay Atakişiyev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































