Necə

Necə "dövlət" deyim sənə?

Hazırda oxunan: Necə "dövlət" deyim sənə?

54194
Son zamanlar dövlət yetkililəri mətbuatın dövlət sirrini yaydığını bəhanə edərək yenidən senzura məsələsini gündəmə gətirir. 
Şair-publisist Heydər Oğuzun qələmə aldığı son şeir də bu məsələyə həsr olunub. Şeiri Moderator.az oxucularına təqdim edirik:

Deyirsən ki, hər sirrini
Yayıram mən dost-düşmənə.
Hər sirrini bilirəmsə
Necə "dövlət" deyim sənə?

Dövlətsənsə öz sirrini
Dolaşdırma dildən-dilə,
İsgəndərin buynuzunu
Gizlətmədi quyu belə.

Dil danışar göz görəni,
Qarışdırma lorla şoru.
Dildə suç yox, kəsmə dili,
Sən sirrini gözdən qoru.

Əyri baxma güzgülərə,
Ləkə sənin üzündədir.
Mən bildiyim sirsə əgər
Vallah, günah özündədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO