Biz səbrli millətiksə, bəs bu səbrin yoxmu sonu...?- VİDEO

Biz səbrli millətiksə, bəs bu səbrin yoxmu sonu...?- VİDEO

Hazırda oxunan: Biz səbrli millətiksə, bəs bu səbrin yoxmu sonu...?- VİDEO
45261
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol










     
  Papaq
Anlamıram bir mətləbi,
Mənə başa salın bunu.
Biz səbrli millətiksə,
Bəs, bu səbrin yoxmu sonu?

Hər təhqirə dözə-dözə
Zülmə boyun əyirik biz.
Sonra “papaq altda yatan
Oğullar var”- deyirik biz.

Deyin mənə, hansı haqla
O papağı daşıyırıq?
Dəyərsizlik ölkəsində
Bir halda ki, yaşayırıq.

Qadınlara torba tikən
“Kişiciklər” olan yerdə
Ürək hələ dayanırsa
Bu ləkəyə, belə dərdə,

Demək, hələ papaq altda
Gizlənən baş bir baş deyil.
Qeyrət hissi o başları
Oyadacaq təlaş deyil.

Bir halda ki, bu məmləkət
Zülm əlində viran olur,
Nəslimizin sərvətləri
Yağmalanır, talan olur.

Papaq altda başlarımız
Hələ yenə oyanmırsa,
Neyləyirəm o papağı
Altda nəsə dayanmırsa ?

Papaq əgər qoruyursa
Bizi yalnız qardan, qışdan
Barı onda danışmayaq
Papaq altda yatan başdan.

Namus adlı torpağını
Yad əllərə verən adam
Utanmadan hər bir günü
Eləyirsə şənlik, bayram,

Demək itirib ağlını
Bilmir nə pis, nə yaxşıdır.
Baş qeyrətə məzar olub
Papaq onun baş daşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO