Vətən sevdalısı Sabir Rüstəmxanlı...

Vətən sevdalısı Sabir Rüstəmxanlı...

Hazırda oxunan: Vətən sevdalısı Sabir Rüstəmxanlı...

226058
Dəyərli şairimiz Sabir rüstəmxanlının doğum gününə

Qüzeyin güney dərdini,
Güneyin qüzey dərdini,
Ağ kağıza qarasını yazan,
Bakının qardaş həsrətini,
Təbrizin
Göynəyən yarasını yazan.
Türkün dilinə
Xor baxan gözlərə mil olan
Susqunlar içində
Danışan dil olan.
Sözü, keçilməz sərhədləri aşan,
Ruhu qərib düşən
Türk ellərini dolaşan.
Kəlbətin misralarla
İki qardaş arasında göz dağı
Tikanlı məftilləri qıran,
Öləziyən ruhların,
Alovlu ocağını yandıran.
Bayrağı vətən, himni vətən,
Qan yaddaşından don biçib
Özünə edən kəfən.
Azadlıq meydanının
Kürsüdən ucalan səsi,
Ərşə yüksəldi onun
Düşməndən bac alan səsi.
Bir “Ömür” yaratdı,
Şərəfli ömür yolunda,
O tay, bu tay Azərbaycan,
Bütövləşib tək can oldu
Onun haqqa açılan şair qolunda.
Sorsanız kimdir o vətən canlı,
Qələmi süngü, sözü düşmənə ox,
Vətən sevdalısı Sabir Rüstəmxanlı.

Nurəddin ismayıl
20.05.2018
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO