Bu yarışda itlərdən ön çərgədə dayanıbdır çöl çaqqalı, tülküsü...

Bu yarışda itlərdən ön çərgədə dayanıbdır çöl çaqqalı, tülküsü...

Hazırda oxunan: Bu yarışda itlərdən ön çərgədə dayanıbdır çöl çaqqalı, tülküsü...

196374

İki itə para sümük atsalar,
Məmməd Araz, nə məsələ, nə dərddi?
Sən gördüyün “insaflılar”x9d yox artıq,
İndikilər onlardan da namərddi.

Şərt qoşurlar itə sümük atanda:
“Üç il gərək hürüyəsən qapımda”x9d.
İt yalvarır: “bircə parça sümük at,
Kimi desən, mən üç illik qapım, da!”x9d

Razılaşmaz it yazığın sözüylə
“Sümük yoxdur hürməyənə”x9d, deyirlər.
“Sümük yoxdur sabunlu, ya sabunsuz
Yaxşı gözə girməyənə”x9d, deyirlər.

İtlər düşər bir-birinin üstünə
Diş qıcayıb hey hürüşə-hürüşə.
Sümük üstə it yarışı yayılar
Gecə-gündüz qurd daraşan örüşə.

Erkək it var, para sümük xətrinə,
Neçə illik dişisini tanımır,
Dişi it var, sümük görcək hürüyür,
Erkəyini, “kişisini”x9d tanımır.

Köpək vardır, doymaq bilmir sümüyə,
Beş sümüyü bir nəfəsə bitirir.
Köpək vardır, topladığı sümüyü
Bircə anda göz önündən itirir.

Məmməz Araz, sümük üçün Qarabaş
Alabaşla yarışsaydı, nə vardı?
Hürüşərək, didişərək, qaparaq
Bir-birinə qarışsaydı, nə vardı?

Bu yarışda itlərdən ön çərgədə
Dayanıbdır çöl çaqqalı, tülküsü,
Çaqqalı da, tülkünü də it edib
İtə düşən para sümük bölgüsü.

Tülkülər var, “layka”x9d plaş geyərək,
Sümük üçün gözə köpək görünər.
Quyruğunu gah bulayıb, gah qısıb
Yal dalınca sürüm-sürüm sürünər.

Çaqqal vardır, para sümük qapmağa
Hər gün təzə notda hürüş öyrənir.
Şair, artıq itlər qalıb qıraqda
Uzunqulaq, at da hürüş öyrənir.

Sən gördüyün ferma çoxdan dağılıb
Bu örüşdə qurdlar dönüb çobana.
Qoyunları çoban olan qurd yeyib
İtlər hürür sümük adlı yavana.

Sən gördüyün o fermada itləri
Ağa, nökər, qaravaşa bölüblər.
Sümsük itə ad qoydular-Qarabaş,
Sümüyü də Qarabaşa bölüblər.

Heydər Oğuz, tanınmış publisist-jurnalist,xa0
ovqat.com saytının baş redaktoru
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO