Türkiyənin Şanlıurfa vilayətindəki Təhsil və Araşdırma Xəstəxanasının yeni doğulmuş körpələr şöbəsinə tibb bacısı formasında daxil olan bir qadın körpə qaçırmağa cəhd edib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə gecə saatlarında xəstəxananın palatalarından birində qeydə alınıb.
H.İ.Ö. adlı qadın əvvəlcədən hazırladığı tibb bacısı geyimini geyinərək maneəsiz şəkildə xəstəxanaya daxil olub.
Yeni doğulmuş körpələr şöbəsinə yönələn şübhəli şəxs buradakı körpələrdən birini qucağına alaraq gizlicə çıxarmağa çalışıb.
Lakin qadının şübhəli hərəkətləri şöbədə fəaliyyət göstərən tibb bacılarının diqqətindən yayınmayıb. Tibb işçilərinin dərhal müdaxilə etdiyini görən qadın təşvişə düşərək qucağındakı körpəni yerinə qoyub və qaçmağa başlayıb.
Xəstəxana personalının qısa müddətli təqibinə rəğmən, şübhəli şəxs qaranlıqdan istifadə edərək ərazidən uzaqlaşmağı bacarıb.
Hadisədən dərhal sonra xəstəxanaya çoxlu sayda polis əməkdaşı cəlb olunub. Təhlükəsizlik kameralarının görüntülərini izləyən polis əməkdaşları qısa müddətdə qadının şəxsiyyətini və gizləndiyi ünvanı müəyyən ediblər. Qadın saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Bizim.Media

- A-
- A
- A+
Region
10:48 / 16.07.2026
Tibb bacısı paltarı geyinib, yeni doğulan körpəni qaçırmaq istədi – VİDEO
Hazırda oxunan: Tibb bacısı paltarı geyinib, yeni doğulan körpəni qaçırmaq istədi – VİDEO
Hazırda oxunan: Tibb bacısı paltarı geyinib, yeni doğulan körpəni qaçırmaq istədi – VİDEO
625605
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































