ABŞ Silahlı Qüvvələri sutka ərzində İrana qarşı həyata keçirdiyi ikinci zərbə dalğasını başa çatdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, əməliyyat ABŞ-nin Şərq sahili vaxtı ilə iyulun 15-də saat 21:00-da (Bakı vaxtı ilə iyulun 16-da saat 05:00-da) başa çatıb.
Məlumata görə, ABŞ qüvvələri İranın komanda idarəetmə mərkəzlərinə, hava hücumundan müdafiə (HHM) sistemlərinin, raket və pilotsuz uçuş aparatlarının yerləşdiyi mövqelərə, eləcə də sahilboyu müşahidə məntəqələrinə yüksək dəqiqlikli sursatlarla zərbələr endirib.
CENTCOM-un açıqlamasında qeyd olunur ki, zərbələr, o cümlədən İranın Bəndər-Abbas şəhərinə də endirilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:30 / 16.07.2026
ABŞ-dan növbəti HÜCUM DALĞASI – İran şəhərləri belə vuruldu – VİDEO
Hazırda oxunan: ABŞ-dan növbəti HÜCUM DALĞASI – İran şəhərləri belə vuruldu – VİDEO
Hazırda oxunan: ABŞ-dan növbəti HÜCUM DALĞASI – İran şəhərləri belə vuruldu – VİDEO
625569
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































