xa0Görürsən ki, kimsə bir baş işarəsilə, bir göz işarəsilə, ya da bir söz işarəsilə araya girir və araları soyudur. Görürsən ki, ara vurmaq məqsədə, peşəyə çevriəndə, insanlar bu cür ev və könül yıxanların ucbatından əziyyət çəkirlər. Belə həssas məqamları tutub, üstünü açmağı bacaran söz adamlarıdır. Yazarların qələmində bu cür incə mətləblərə işıq salınır, ədəbiyyatın imkanları çərçivəsində problemin mürəkkəbliyi və vacibliyi gündəmə gətirilir. Təəssüf ki, bəzən söz, ədəbiyyat adamları da bir-birinin xətrinə dəyir, bir-birinə düşmən kəsilirlər. Deməli, mövzu kifayət qədər ciddi və qlobal mahiyyətlidir.
Ələkbər Salahzadənin “Okeanlar, dənizlər”x9d şeirini oxuyandan sonra yuxarıdakı düşüncələrimi yazmaq qərarına gəldim. Belə ki, “aramızdan(aralarından) su keçmir”x9d və ya “aradan su keçib”x9d kimi deyimlərin payı var bu şeirin mayasında. Bu şeirdə eyham edilən əsas fikir aranı soyutmağın fantastik ölçülərini diqqətə çatdırmaqdan ibarətdir. Görünür, ara vurmaqda da uğurlarımız yetərincədir. Şeiri mütaliə edərkən oxucuda yaranan ilkin təsəvvür “dörd bir yanda”x9d hər şeyin öz qaydasında olduğu barədə təəssüratların xoş ovqatı ilə bağlansa da, gecdən-gec məsələnin alahı mətləblərə gedib çıxdığı məlum olur.
xa0 xa0 xa0 xa0 xa0
xa0 xa0 xa0 xa0 xa0“Bir çağlayır, bir coşur, okeanlar, dənizlər.
xa0 xa0 xa0 xa0 xa0 xa0Bir-birinə qovuşur okeanlar, dənizlər.
xa0 xa0 xa0 xa0 xa0 xa0Birisinin dalğası o birinə keçir də,
xa0 xa0 xa0 xa0 xa0 xa0Birisindən balıqlar o birinə köçür də...
xa0 xa0 xa0 xa0 xa0 xa0Birisinin suları ”“ hamısının suyudur...
xa0 xa0 xa0 xa0 xa0 xa0Biri azca qızanda o birisi soyudur”x9d.
xa0 xa0xa0
Söz iri miqyaslı sulardan gedir. Zahirən münasibətlər yaxşıdır, həyat öz axarında davam edir... Cəmiyyət belədir. Təlatümlər, çalxalanmalar kimdənsə yan keçə bilməz. Burda əsəblərin qızıb və ya soyuyub dartışması var. Şair yazır ki, “Adamları qayğılı, adamları narahat, bir düymə çalımına atomları farağat”x9d olan yer kürəsində o boyda qitələr həmin bu okeanların, dənizlərin sinəsində ayrı düşüblər. “Onların sinəsində ayrı düşüb qitələr”x9d. Ona görə ki:
xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 “Dörd yanımız sudur, su,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 Bizi bir-birimizdən,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 Bəlkə, su soyudur,
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 Su?!”x9d
xa0Şair poetik ilməni yerində vurub. O atomun da adı hirs və qəzəbdir, kin- küdurətdir. Paxıllıqdır. Fitnəkarlıqdır. O da məlum olur ki, bizi bir-birimizə yaxınlaşdıran, “qovuşduran”x9d da, bizi bir-birimizdən ayıran da SU-dur. O suyun adı fitnə-fəsaddır, maddı maraqlardır, insanın nəfsə, yəni şeytana tabe olmasıdır. Bu acı reallıqların mövcudluğu şəraitində adamlar yer üzündə bir-birindən SOYUYUR. Ona görə ki, aradan SU keçir və bu “suyun həcmi”x9d gündən-günə artır. Bir vaxt aradan su keçmirdisə, indi okeanlar, dənizlər keçir. İş belə getsə, dünya, xa0yəni insan suyun üzündə qala bilər. xa0
Zakir Məmməd







































































































