MDB Dövlət Başçıları Şurasının növbəti iclası bu şəhərdə keçiriləcək

MDB Dövlət Başçıları Şurasının növbəti iclası bu şəhərdə keçiriləcək

Hazırda oxunan: MDB Dövlət Başçıları Şurasının növbəti iclası bu şəhərdə keçiriləcək
99097
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2023-cü il oktyabrın 13-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

"MDB liderləri 2023-cü il yanvarın 1-dən təşkilatda sədrliyin Qırğız Respublikasına keçməsi ilə bağlı qərar qəbul edəcəklər (Qazaxıstan və Rusiya həmsədr olacaq). Qırğız Respublikası MDB dövlət başçılarının Bişkekdə keçiriləcək növbəti sammitinin 13 oktyabr 2023-ci il tarxində keçirilməsini təklif edib. Bu təkliflərin təsdiq ediləcəyini gözləyirik", - o deyib.

Bundan əlavə, 2023-cü il yanvarın 1-dən İcraiyyə Komitəsinin sədri - MDB-nin icraçı katibi Sergey Lebedevin səlahiyyətlərinin daha üç il müddətinə uzadılması barədə qərarın təsdiqlənməsi gözlənilir.
Uşakovun sözlərinə görə, Astana iclasının iştirakçıları həmçinin 2024-2026-cı illər üçün MDB-də tematik illəri müəyyənləşdirəcək, həmçinin 2023-cü ildə MDB-nin mədəniyyət paytaxtını seçəcəklər.

“Burada Sankt-Peterburqun namizədliyinə baxılır. Bu təklifin də dəstəklənəcəyi gözləyirik”, - o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO