ABŞ polisi 700 nəfəri öldürüb

ABŞ polisi 700 nəfəri öldürüb

Hazırda oxunan: ABŞ polisi 700 nəfəri öldürüb

96500
"Vaşinqton Post" qəzeti, 2015-ci ildə ABŞ-da polisin 700-dən çox adamı vuraraq öldürdüyünü yazdı

Musavat.com xəbər verir ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) gündəlik olaraq dərc olunan "Vaşinqton Post" qəzetinin verdiyi statistikaya görə, polisin bu il vəzifə başında silah istifadə edərək öldürdüyü insan sayı 703-ə çatıb.

Qəzetin verdiyi rəqəmlər, bu günə qədər Federal İstintaq Bürosunun (FBI) illik olaraq açıqladığı polis tərəfindən öldürülən insan sayının iki qatıdır. FBI-yın siyahısının əskik qalmasına əsas səbəb, bir çox polis departamentinin ölümləri FBI-ya mütəmadi olaraq bildirməməsidir.
xa0
Qəzetin göstəricilərinə görə, bu ilin ilk 6 ayında 463 nəfər öldürülüb. Öldürülənlərin çoxunun tapança və ya ölümcül silah daşıdığı qeyd edilərkən, ən az 65 nəfərin isə silahsız olduğu deyilir.
xa0
Qəzet, sözügedən statistikanı yerli xəbərlərə əsaslanaraq hazırlayıb və yalnız vəzifə başındakı polislərin silah istifadə etdikləri xəbərləri siyahıya daxil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO