İstanbulda maskalı şəxslər bələdiyyə avtobusuna hücum edib.
xa0
APA-nın “Anadolu”x9d agentliyinə istinadən verdiyi məlumata görə, avtobus dayanacağında xa03 nəfər maskalı şəxs Şişli-Yenikapı marşrutu ilə hərəkət edən bələdiyyə avtobusunu saxlayıb.
xa0
Sərnişinləri yerə düşməyə məcbur edən naməlum şəxslər əvvəl avtobusun şüşələrini sındırıb, sonra isə salona “molotov kokteyli”x9d ataraq qaçıblar.
xa0
İnsident nəticəsində zərərçəkən olmasa da, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.





































































































