PKK-lı bir qrup terrorist Ərzurumun Çat rayonu ilə Bingölün Karlıova rayonu arasında olan Çirişli mövqeyində yol kəsib
Əldə edilən məlumata görə, bu gün səhər saatlarında bir qrup terrorist Çat-Karlıova yolunu nəqliyyata bağlayıb. Yolu kəsərək maşınları dayandıran terrorçular, sürücüləri maşınlarından endirərək şəxsiyyət yoxlaması və terror təşkilatı təbliğatı ediblər. Vəziyyətin xəbər alınması üzərinə təhlükəsizlik gücləri bölgəyə gedərək əməliyyat başladıb.
Əməliyyat səbəbiylə Çat rayonu çıxışından Bingöl istiqamətinə gedən maşınların keçişinə icazə verilmir. Bölgədə əməliyyatlar davam edir.





































































































