Rusiyada səfərbərliklə orduya çağırılanlar 3300 dollardan çox maaş alacaq

Rusiyada səfərbərliklə orduya çağırılanlar 3300 dollardan çox maaş alacaq

Hazırda oxunan: Rusiyada səfərbərliklə orduya çağırılanlar 3300 dollardan çox maaş alacaq

95212

Qismən səfərbərlik çərçivəsində Rusiya Silahlı Qüvvələrin sıralarına çağırılan rusiyalılar ayda 205 min rubl (3367 dollar) və ya daha çox müavinət alacaqlar.

Bizim.Media xəbər verir ki, bunu Yakutiyanın hərbi komissarı Aleksandr Avdonin bildirib. 

“Səfərbərliyə çağırılan bütün vətəndaşlar müqavilə üzrə hərbi qulluqçulara bərabər tutulur, vəzifəsindən və hərbi rütbəsindən asılı olaraq, eyni miqdarda, 205 min rubldan başlayaraq pul müavinəti alırlar”, - hərbi komissar Yakutiya Respublikasının operativ qərargahının brifinqində qeyd edib.
Onun sözlərinə görə, ilk növbədə, qismən səfərbərliyə ən azı üç il bundan öncə hərbi xidmət keçmiş və hərbi xidmət vərdişlərinə malik gənclər çağırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO