Kızıltepedə terror təşkilatı PKK-nın gənclik quruplaşması YDG-H mənsubları tərəfindən paket içərisində bir evin damına qoyulan partlayıcı, uşaqların əlində partlayıb. Partlayış nəticəsində 1-i ağır 2 uşaq yaralanıb.
Alınan məlumata görə, Koçhisar Məhəlləsində dünən gecə Cizredə terror təşkilatının gənclik quruplaşmasının YDG-H mənsubları tərəfindən təşkil edilən icazəsiz nümayişlər zamanı bir evin damına qara paket içərisində parça təsirli əl istehsalı partlayıcı qoyulub. Damda oynayan uşaqların paketi qurdalaması nəticəsində partlayış meydana gəlib. Partlayışda 9 yaşlı Tahsin U. və 9 yaşlı Ramazan Ş. yaralanıb.
Kızıltepe Dövlət Xəstəxanasına aparılan uşaqlardan Tahsin U-nun həyati təhlükəsinin olduğu öyrənilib.
Şəhər Təhlükəsizlik Müdirliyi Hadisə Yeri Araşdırma Şöbəsi qrupları, partlayışın olduğu bölgədə araşdırma edib.
Koçhisar Məhəlləsində dünən gecə Cizredəki küçəyə çıxmaq qadağasını bəhanə edərək yığılan YDG-H mənsubları, divarını yıxdıqları bir marketi oda vermiş, təhlükəsizlik gücləri qrupa bibər qazı və təzyiqli su ilə müdaxilə etmişdi.





































































































