ABŞ-da içində sərnişinlər olan təyyarə alışdı ”“  FOTO/VİDEO

ABŞ-da içində sərnişinlər olan təyyarə alışdı ”“ FOTO/VİDEO

Hazırda oxunan: ABŞ-da içində sərnişinlər olan təyyarə alışdı ”“ FOTO/VİDEO

94473
Təyyarə British Airways şirkətinə məxsusdur.

Çərşənbə günü Amerikanın Las-Veqas şəhərinin aeroportunda Boeing 777 sərnişin təyyarəsi startdan öncə alışıb, Associated Press agentliyi bildirib.

İki sərnişin kiçik xəsarətlərlə xəstəxanaya yatırılıb, Oxu.Az İnterfaks-a istinadən bildirir.  

Ekipaj təyyarəni uçuşa hazırlayarkən mühərriklərdən biri alışıb. Sərnişinlər salonu qəza çıxışlarından tərk etməli olublar.

ABŞ Federal Mülki aviasiya idarəsinin nümayəndəsi İen Qreqorun sözlərinə görə, Boeing 777-nin sol mühərriki alışıb. Bununla yanaşı yanğınsöndürənlər çox az bir zamanda yanğının öhdəsindən gəliblər. Onlar hesab edirlər ki, yanğının səbəbi texniki nasazlıq olub.

Aeroportdan agentliyə bildiriblər ki, təyyarə British Airways şirkətinə məxsusdur. Təyyarədə 159 sərnişin və 13 nəfər heyət üzvü olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO