Ötən həftə Dağıstanda keçirilən xüsusi əməliyyat zamanı “əl-Qaidə”x9d terror şəbəkəsinə bağlı “Qafqaz əmirliyi”x9dnin xa0lideri Maqomed Süleymanov öldürülüb.
Virtualaz.org saytı xəbər verir ki, Maqomed Süleymanov FTX, Müdafiə Nazirliyi və DİN-in Daxili Qoşunlarının xüsusi bölmələrinin birgə keçirdiyi əməliyyat zamanı öldürülən 4 yaraqlıdan biridir.
39 yaşlı Süleymanov bu ilin aprelindən “Qafqaz əmirliyi”x9dnin lideri elan edilmişdi. “Qafqaz əmirliyi”x9dinə Şimali Qafqazda fəaliyyət göstərən bütün radikal silahlı qruplaşmalar tabedir.
Dağıstan sakini olan Süleymanov Suriyada Fəth əl-İslami şəriət universitetini bitirib, 2007-ci ildə yaraqlılara qoşulub.
Ekspertlər hesab edir ki, Süleymanovun ölümündən sonra Şimali Qafqazda fəaliyyət göstərən radikal islamçılar arasında bu səviyyədə ruhani avtoritet qalmayıb. İndi onun yerini hansısa dini mövzuları müzakirə etmək qabiliyyəti olmayan sıravi döyüşçünün tutacağı gözlənilir.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Qafqaz və Regional Təhlükəsizlik Mərkəzinin baş elmi əməkdaşı Ahmet Yarlıkapov deyir ki, ümumiyyətlə Süleymanovun öldürülməsindən sonra “Qafqaz əmirliyi”x9dnin dağılacağı gözlənilir. Onun sözlərinə görə, Doku Umarovun öldürülməsindən sonra “Qafqaz əmirliyi”x9dnin ciddi zəiflədiyi aydın görünürdü. Lakin Süleymanovun öldürülməsi və “Qafqaz əmirliyi”x9dnin strukturunun dağılması heç də Şimali Qafqazda radikal islamçı yaraqlıların zəifləyib sıradan çıxacağını göstərmir.
Ekspertin qənaətinə görə, onlar getdikcə daha çox İŞİD-ə yaxınlaşacaqlar və əl-Bağdadiyə biət edəcəklər. Artıq Şimali Qafqazdakı terrorçu qruplaşmalardan birinin “Qafqaz əmirliyi”x9dindən ayrılıb İŞİD-ə biət etdiyi məlumdur.
Yarlıkapov deyir ki, “Qafqaz əmirliyi”x9d beynəlxalq terror şəbəkəsi “əl-Qaidə”x9d ilə (hazırda bu şəbəkə ilə İŞİD arasında sərt rəqabət var) bağlıdır və oradan maliyyələşir.
“Hazırda “Qafqaz əmirliyi”x9d “əl-Qaidə”x9dnin düşməni olan “İslam Dövləti”x9dnin ciddi təzyiqi altındadır. “Əl-Qaidə”x9d uzun müddət “Qafqaz əmirliyi”x9dni maliyyələşdirib. “Qafqaz əmirliyi”x9dnin ötən ilin sonlarından başlayaraq kəskin zəifləməsinin səbəbi budur ki, “əl-Qaidə”x9ddən növbəti tranş gəlib çıxmadı. Son məlumatlara görə, belə maliyyə tranşlarından biri - 5 milyon dollar haradasa Azərbaycanda “əridi”x9d, yoxa çıxdı. Zəncirin iştirakçılarından biri pulu sonrakı həlqəyə ötürə bilmədi”x9d- Yarlıkapov deyir.
“Əmirliyin”x9d zəifləməsində onun yeni liderlərinin kifayət qədər qəddar olmaması da öz sözünü deyib. Ötən ilin sonlarından başlayaraq səhra komandirləri bir-birinin ardınca İŞİD-ə biət ediblər.
Bu il iyunun 26-da isə internetdə belə video yayıldı ki, Şimali Qafqazda fəaliyyət göstərən bütün yaraqlılar İŞİD-ə qoşulur. Həmin videomüraciəti yayan yaraqlılar Azərbaycanı da “İslam Dövləti”x9dnin əyaləti elan etmişdilər. Hərçənd ki, ekspertlər bu müraciətə skeptik yanaşırlar və belə bəyanatların daha çox “virtual xarakter daşıdığını”x9d deyirlər.




































































































