Qalibaf: “Hörmüzü İran idarə edəcək” – VİDEO

Qalibaf: “Hörmüzü İran idarə edəcək” – VİDEO

Hazırda oxunan: Qalibaf: “Hörmüzü İran idarə edəcək” – VİDEO

621017

“Son proseslərdən sonra Hörmüz boğazındakı vəziyyət dəyişib və əvvəlki vəziyyətə qayıtmayacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri İran parlamentinin sədri və ABŞ ilə Ali Danışıqlar Komitəsinin üzvü Məhəmməd Bağır Qalibaf İranın dövlət televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ ilə əldə olunan razılaşmalar çərçivəsində Hörmüz boğazından keçən gəmilər üçün təhlükəsizlik zəmanəti məqsədilə xüsusi rabitə xətti yaradılıb.

“Bu marşrutla bağlı narahatlığı olanlar həmin xətt vasitəsilə əlaqə saxlaya bilərlər. Biz, boğazın administratorları olaraq, məsələləri həll edəcəyik”, – deyə Qalibaf vurğulayıb.

Qeyd edək ki, İran rəsmisinin bu açıqlaması ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Hörmüz boğazından onlarla ticarət gəmisinin maneəsiz keçdiyini bildirməsindən sonra səsləndirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO