İsrailin Suriyalı bir generala 2008-ci ildə xüsusi bir əməliyyatla sui-qəsd təşkil etdiyi məlum olub. Suriyalı general-mayor Tartus şəhərində İsrail dəniz komandosu "Shayetet 13" üzvləri tərəfindən başından vurularaq öldürülüb.
CIA-in keçmiş işçisi Edward Snowden tərəfindən gizli əldə olunan sənədlərə görə, Suriyalı general-mayor Məhəmməd Süleyman Tartus şəhəri yaxınlığında dəniz kənarında olan evində öldürülüb.
Suriya Dövlət Başçısı Bəşər Əsədə yaxın adlardan biri olan general-mayor Məhəmməd Süleyman bir qrup İsrailli komando tərəfindən axşam yeməyi əsnasında hədəfə alınıb. Suriyalı general-mayor Süleymanı başından və boynundan vuran İsrailli komandolar, botlarla hadisə yerindən ayrılaraq dəniz yolu ilə ölkələrinə qayıdıb.
2008-ci ildə Hizbullahın ən əhəmiyyətli adlarından İmad Muğniyə də Şamda təşkil edilən sui-qəsddə həyatını itirmişdi. Şam rəhbərliyi və Hizbullah bu sui-qəsddən də İsraili məsul tutmuşdu.



































































































