Ermənistan paytaxtı Yerevanın Baqramyan prospektində polis barrikadanı dağıtmağa başlayıb.
Bu barədə Moderator.az erməni KİV-nə istinadən xəbər verir.xa0
Qeyd edək ki, Ermənistan polis aksiya iştirakçılarına Bakı vaxtı ilə 13.30-dək vaxt vermişdi. Hazırda aksiya iştirakçıları polisə müqavimət göstərir.
Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.
Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirdilər.
































































































