Ərdoğan:

Ərdoğan: "Türkiyə ordusu Suriyada terrorun kökünü kəsəcək"

Hazırda oxunan: Ərdoğan: "Türkiyə ordusu Suriyada terrorun kökünü kəsəcək"
84538
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Suriya böhranından irəli gələn problemlər danışıqları zəruri edir. Astana platforması konkret addımlar ata biləcək yeganə təşəbbüsdür. Gözləntimiz Rusiya və İrandan Türkiyəyə bu mübarizədə dəstək verməkdir".

Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin Astana prosesi sammitində çıxışı zamanı deyib.

Türkiyə lideri bildirib ki, PKK, PYD, YPG terroru hamının ortaq problemidir:

“Suriyanın ərazi bütövlüyünə ən böyük maneə terrordur. Fərat çayının şərqində terror aktları davam edir. Qarşıdakı dövrlərdə də qanlı terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyik. Ümid edirəm ki, bu gün qəbul edəcəyimiz qərarlar Suriyadakı siyasi keçid prosesinə kömək edəcək. Terror təşkilatlarının xarici dəstəyi ilə Suriyanın bölünməsi prosesinə töhfə verir”.

Onun sözlərinə görə, Türkiyədən 500 mindən çox suriyalı terrorçulardan təmizlənən məntəqələrə qayıdıb:

“Suriyada hər zamankindən daha çox köməyə ehtiyac var. Astanalı tərəfdaşlarımızdan da eyni anlayışı gözləyirik. BMT-nin transsərhəd mexanizmi 6 ay müddətinə uzadılıb. Aydındır ki, bu müddət bütün Suriyaya yardımın planlaşdırılması üçün kifayət deyil. Yeni əməkdaşlığı inkişaf etdirməyə imkan verən daha çox sammit görüşlərinin keçirilməsi faydalı olardı”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO