Moderator.az-ın verdiyi xəbərə görə, Fransa hökuməti Wikileaks qurucusu Julian Assangenin mühacirət tələbini rədd edib.
Prezident Fransua Hollande tərəfindən edilən açıqlamada Assangenin mühacirət üçün göndərdiyi məktubun dərindən araşdırıldıqdan sonra rədd edildiyi bildirilib. Açıqlamada "Assangenin yaxın təhlükə qarşısında deyil" deyilib.
Fransa prezidenti Hollandeyə açıq bir məktub yazan Assange, həyatının təhlükədə olduğunu, Fransaya sığınmaq istədiyini bildirmişdi.
İsveçin intim cinayətlərdən mühakimə olunaraq həbs edilməsini istədiyi Assange, 3 ildir Ekvadorun London səfirliyində qalır. Julian Assange, İsveçə təslim edilərsə, İsveçin Assangeni ABŞ-a göndərəcəyini və Amerika diplomatik yazışmalarını ifşa etdiyi səbəbi ilə edam olunacağını düşünür.




































































































