Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu ötdü

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu ötdü
78911
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyada koronavirusa yoluxanların sayı 540 077 931 nəfərə çatıb.

Bu barədə Bizim.Media ayrı-ayrı ölkələrin koronavirusa yoluxma ilə bağlı statistikalarına istinadən xəbər verir.

Rəsmi məlumatlara əsasən vrusun yayılmasında indiyədək COVID-19-dan 6 milyon 330 min 577 nəfər dünyasını dəyişib. Eyni zamanda xəstəliyin aşkarlandığı 512 656 843 nəfər sağalıb.

Əgər əvvəllər ABŞ koronavirusdan gündəlik ölüm sayına görə dünyada birinci idisə, indi Tayvan (son bir gündə daha 211 yoluxma) onu qabaqlayıb.

Tayvan koronavirusa gündəlik yoluxma sayına görə də ABŞ-ı qabaqlayıb. Son bir gündə ada dövlətdə daha 79 663 nəfərdə koronavirus aşkarlanıb.

Qeyri-rəsmi məlumatlara görə, son sutkada dünyada koronavirusdan ümumilikdə 800 ölüm qeydə alınıb. Qeyd edək ki, bu hələ son rəqəm deyil. Bəzi ölkələr COVID-19-dan ölüm hallarını gizlədirlər.

Eyni zamanda son bir gündə dünyada koronavirusa 344 370 yoluxma aşkarlanıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO