Cənubi Osetiya geri addım atdı: Rusiyaya birləşmək istəmir

Cənubi Osetiya geri addım atdı: Rusiyaya birləşmək istəmir

Hazırda oxunan: Cənubi Osetiya geri addım atdı: Rusiyaya birləşmək istəmir
76905
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanın Cənubi Osetiya bölgəsinin qondarma “prezidenti” Alan Qaqloyev sələfinin “respublika”nın Rusiyaya daxil olması ilə bağlı “referendum”un təyin edilməsi haqqında fərmanını dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Qaqloyev, həmçinin Rusiya Federasiyası ilə gələcək inteqrasiya ilə bağlı bütün məsələlər üzrə məsləhətləşmələr aparmaq qərarına gəlib. 

O, öz fərmanında Rusiya Federasiyasının qanuni hüquq və mənafelərinə toxunan məsələlər üzrə “referendum”un birtərəfli qərarının qəbuledilməzliyini qeyd edib. 
Qondarma “prezident” eyni zamanda, “respublika vətəndaşlarının” Rusiya ilə gələcək inteqrasiya təşəbbüsünü tam dəstəklədiyini vurğulayıb.

Mayın 13-də separatçı bölgənin keçmiş “prezidenti” Anatoli Bibilov Cənubi Osetiyanın Rusiya Federasiyasına qoşulması ilə bağlı iyulun 17-də “referendum” keçirilməsi haqqında fərman imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO