Tramp tərəfdarları ilə polis arasında qarşıdurma - VİDEO

Tramp tərəfdarları ilə polis arasında qarşıdurma - VİDEO

Hazırda oxunan: Tramp tərəfdarları ilə polis arasında qarşıdurma - VİDEO
7636
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Donald Trampın tərəfdarları paytaxt Vaşinqtonda Kapitoli ətrafındakı hasarlar vasitəsilə binalardan birinə daxil olublar.

Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Polis Trampın tərəfdarlarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir. Bildirilib ki, polis əməkdaşları ilə etirazçılar arasında baş verən toqquşmalar zamanı bir neçə nəfər xəsarət alıb.

Yerli mətbuatın məlumatına görə, Konqresin binası polis əməkdaşları tərəfindən əhatəyə alınıb. Buna baxmayaraq, Trampın tərəfdarları binaya daxil olmağa cəhd ediblər.

ABŞ Senatı Konqres qarşısındakı etirazlara görə, iclasını yarımçıq dayandırıb.

Senator Lenkford bildirib ki, etirazçılar Kapitoli binasına soxulublar və Senatın zalını əhatəyə alıblar.

Bizim.Media
 





 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO