Gürcüstanda yeni inqilab küləyi əsməkdədir...

Gürcüstanda yeni inqilab küləyi əsməkdədir...

Hazırda oxunan: Gürcüstanda yeni inqilab küləyi əsməkdədir...

74407
Gürcüstanda yeni inqilab küləyi əsməkdədir.

Moderator.az gürcü mətbuatına istinadən xəbər verir ki, artıq Gürcüstan hakimiyəti daxilində ciddi parçalanma yaşanmaqdadır. Belə ki, “Gürcü arzusu”x9d ideyası solmaqdadır. Çünki “Gürcü arzusu”x9d koalisiyası nəticəsində hakimiyyətə gələnlər çox çəkmədən daxili çəkişmələr nəticəsində parçalanmağa başladı. Artıq bu komanda da ciddi problemlər yaşanmaqdadır. İndiki mərhəldə isə  prezidentlə hökumət nümayəndələri arasında  əməlli-başlı problem yaranmaqdadır. Problem kimi BMT Baş Assambleyasının Nyu-Yorkada keçiriləcək sessiyasında iştirak məsləsində tam çılpaqlığı ilə üzə çıxıb.  Ã–lkə başçısı G. Marqvelaşvili sessiyada iştirak etməkdə israrlı olsa da, baş nazir də iştirak niyyətini gizlətməyib. O Gürcüstan nümayəndə heyətinə başçılıq etmək niyyətini ortaya qoyub. Saraydaxili çəkişmə artıq mətbuatda açıq debatlara çevrilib. Bir neçə gün öncə G. Marqvelaşvili hakimiyyətdaxili çəkişmələrdən və problemlərlə bağlı gürcü mətbuatına açıqlamasında bəyan edib ki, ona hakimiyyət daxilindən ciddi təzyiqlər var və bu təzyiqlər ona bir dövlət başçısı kimi normal fəaliyyətinə ciddi maneçelik törədir.

Buna cavab olaraq gürcüstanın baş naziri İrakli Qaribaşvili və “Gürcü arsuzu”x9dnun yaradıcısı, milyarder, sabiq baş nazir  Bidzina İvanişvili də prezidentin çıxışına etiraz edərək bunu etikadan uzaq hərəkət sayıblar.  B. İvanaşvili daha uzağa gedərək bəyan edib ki, prezident  hökumətə qarşı müxalifətdə dayanıb: “Dəfələrlə bəyan etmişəm ki, dövlət başçısının belə bir mövqe sərgiləməsi siyasi cəhətdən korrekt olmayan hərəkətdir. Artıq o neçənci dəfədir ki, belə mövqe  sərgiləyir. Əslində  prezident bu hərəkəti ilə hökumətin fəaliyyətinə maneçilik törədir.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO