Bülənt Arınc və Melih Gökçək barədə cinayət işi açıldı -  VİDEO

Bülənt Arınc və Melih Gökçək barədə cinayət işi açıldı - VİDEO

Hazırda oxunan: Bülənt Arınc və Melih Gökçək barədə cinayət işi açıldı - VİDEO

73239
Ankara Cümhuriyyət Baş Prokurorluğu baş nazirin müavini Bülənt Arınc və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçək haqqında araşdırmaya başlayıb.

Moderator.az xəbər verir ki, APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, prokurorluq B.Arınc haqqında vəziyə səlahiyyətlərindən sui-istifadə və cinayəti gizlətmək, M.Gökçək haqqında isə vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və mənimsəmə iddiaları əsasında araşdırma aparacaq.
 
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kürd probleminin həlli üçün hökumətin təşkil etdiyi 6 nəfərdən ibarət “izləmə heyəti”x9d haqqında xəbəri olmadığını bildirərək, bu heyətin təsis ediləcəyi təqdirdə belə bunun səhv addım olduğunu bəyan edib. Buna cavab olaraq baş nazirin müavini, hökumət sözçüsü Bülənt Arınc ölkə prezidentinin televiziya qarşısına çıxaraq belə bir açıqlama verməsinin doğru olmadığını deyərək, bundan sonra kürd probleminin demokratik həllinin prezidentin deyil, hökumətin işi olduğunu bildirib: “Prezidentimizi sevirik, gücünü bilirik, amma unutmayın ki, bu ölkədə bir hökumət var”x9d.
 
Bundan sonra Ankara Böyükşəhər Bələdiyyə başqanı Məlik Gökçək B.Arıncı işlətdiyi ifadəyə görə istefaya çağırıb. O, “Twitter”x9d hesabında B.Arınca “Səni istəmirik”x9d yazaraq, onun istefa verməli olduğunu yazıb, onu F.Gülənin rəhbərlik etdiyi “paralel dövlət”x9dlə əməkdaşlıqda günahlandırıb, qızı və kürəkəninin F.Gülənin ən fəal tərəfdarları sırasında yer aldığını bildirərək, onu hakim partiyadan və hökumətdən istefa verməyə çağırıb.
 
Martın 23-də axşam saatlarında Nazirlər Kabinetinin toplantısından sonra mətbuat konfransı keçirən B.Arınc isə M.Gökçəki tərbiyəsiz adlandırıb, onu bələdiyyə seçkiləri dövründə “paralel dövlət”x9dlə əməkdaşlıq etməkdə, zəngin iş adamlarına F.Gülənin təsir dairəsində olan məktəblərin tikintisi üçün Ankarada torpaq ayırmaqda ittiham edib. Eyni zamanda parlament seçkilərindən sonra M.Gökçəklə bağlı 100 məsələni ictimaiyyətə açıqlayacağını bəyan edib.
 
M.Gökçək “Twitter”x9ddəki son cavabında baş nazirin müavini ilə məhkəmədə hesablaşacağını açıqlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO