Daha bir “kabus gəmi”x9dsi xilas edildi

Daha bir “kabus gəmi”x9dsi xilas edildi

Hazırda oxunan: Daha bir “kabus gəmi”x9dsi xilas edildi

66317
Avropa göyərtəsi mühcairlərlə dolu “kabus gəmiləri”x9dni xilas etməyə davam edir. 

ANS PRESS-in məlumatına görə, Aralıq dənizi sularında kapitanın mühacirləri ölümə tərk edərək aradan çıxması ilə əlaqədar bu cür gəmilər “kabus gəmiləri”x9d adını alıblar. Ötən gün daha belə bir hadisə yaşanıb. İtaliyanın sahil mühafizə xidməti göyərtəsində 400-ə yaxın suriyalı qaçqın olan gəmini xilas edib. “İzadin”x9d adlı yük gəmisi yedəyə qoşularaq Korilyano-Kalabro limanına gətirilib.

Məlumata görə, gəmi oktyabrın 1-ində Suriyanın Tartus limanından yola düşüb. Yunanıstanın Rodos adası sahillərindən keçdikdən sonra isə, gəminin kapitanı mühərriki söndürərək aradan çıxıb. Mühacirlər 3 gün dəniz sularında az-suz qalsalar da, səhhətlərində ciddi bir probem aşkarlanmayıb.

İtaliya uzun müddətdən bəri Afrikadan dəniz yolu ilə Avropaya axın edən mühacirlərin əsas hədəf ölkəsinə çevrilib. 2014-cü ildə, BMT-nin statistikasına görə, İtaliyaya 165 min insan mühacirə edib. 2013-cü ildə bu rəqəm 60 min təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO