28 dekabrda Tiflis Filarmoniyasında keçirilən Cənubi Qafqaz ölkələrindən müharibədən əziyyət çəkmiş, məcburi köçkün uşaqları üçün Beynəlxalq musiqi festivalı keçirilib.
Festivalda keçmiş millət vəkili, iqtisadçı ekspert Nazim Məmmədovun oğlu Cavid fleytada, qızı Zeynəb royalda ifa ediblər.
Bu haqda Nazim Məmmədov öz facebook səhifəsində yazıb, təqdimetmə çıxışında festivala dəstək vermiş çoxsaylı beynəlxalq və yerli şirkətlər yanında yer aldığına görə SOCAR-Georgia və onun prezidenti Mahir Məmmədova təşəkkür edib.

































































































